Dünən axşam
şəhərin Quliyev küçəsindəki
barına qonaq olmuş
o adamın təkliyi
təkadamlıq masa,
qədəh pivə,
siqaret qutusu,
“Kafe” mahnısı
və cavabsız qalan
zənglərlə mükafatlnadırıldı…
09/11/23
Dünən axşam
şəhərin Quliyev küçəsindəki
barına qonaq olmuş
o adamın təkliyi
təkadamlıq masa,
qədəh pivə,
siqaret qutusu,
“Kafe” mahnısı
və cavabsız qalan
zənglərlə mükafatlnadırıldı…
09/11/23
Payız…gecə yarısı,
Küləyin uğultusu…
Külək uğultusuna
Qarışmış, sarı, narınc,
Qırmızı payız yarpaqlarının
Rəngli payız qoxusu,
Gecənin səs sirdaşı,
Gecənin söz sirdaşı
Yarpağın xışıltısı…
Səs-səmirsiz küncünəcə qısılıb
Bu xırdaca şəhərin
Küncündə, bucağında
Bir isti qucağında
Şəhərin gecə səsi,
Bir hüznlü nəğməsi
Cavan bir gitaraçı,
Yarımçıq bir sevginin
Yarım qalmış bəstəsi
Bir sevgi, eşq şərqisi
Şəhərin gecə səsi
Bir hüznlü nəğməsi…
Ensiz küçə boyunca,
Yanan, sönən işıqlar,
Bu balaca şəhərin,
Körpə ağaclarının
Qalxan, enən, köndələn,
Əyri döngələrinin
Dalanların, tinlərin,
Balaca insanların,
Balaca insanların
Balaca evlərinin
Üzərinə işıldar
Yanar, sönər işıqlar…
Aha! Yadıma düşdü..
Bir də, dostum, bir də ki
Köhnə məhəllələrin,
Köhnə pəncərəsindən
Neft qoxulu lampalar
O qara, boz daşların
Üzərinə işarar
Bu gecədə bir ayrı,
Ayrı, ayrı gözəllik,
Ayrı bir yaraşıq var!
Yanar, sönər işıqlar…
Neçə-neçə sevginin,
Gör neçə sevgilinin
Neçə sirrin sahibi,
Neçə sirrin şahidi
Köhə, qara divarlar,
Körpə, qoca ağaclar
O qara divarlara,
O yaşıl ağaclara,
Sevgidən bəzək vuran,
Bu yalquzaq şəhərin,
Sonuncu şairinin
Sonuncu misraları…
2017 iyul
Bakı şəhəri
Bir yarım var, qərar tutub ay üstdə
Ulduz-ulduz gözlərini qaçırdar,
Gözlərindən işıldayar gecələr,
Göydən yerə ulduzunu uçurdar…
Ürəyimin ulduz boyda sevincin,
Ulduz naxış gözlərinə köçürdər…
Canım, gözüm, özüm, mənim ulduzum,
Ölüm, sənin işığında gor qazım
Sənə aşiq, sənə həsrət ulduzam
Ulduzundan murad dilər ulduzum
Yerdən-göyə səni gəzər ulduzum…
Gündüz dözər, gecə dözər ulduzum
Hər nə desən, yenə dözər ulduzum
Dözər, gözüm, dözər sənə ulduzum,
Dözər, dözər, axır bezər ulduzum,
Axı səndən küsər mənim ulduzum…
Ay, Ulduzum! Ay, ulduzum!
Ulduzunla öyünmə,
Ulduz ömrü qısa olur, əzizim.
Görərsən ki, ay işıqlı gecədə,
Yar aşıqlı, yar, aşiqli gecədə
Yüz-yüz, min-min aşiq ulduz içindən
Yerdən göyə iki ulduz ucalar,
Bu gün mənim, sabah sənin ulduzun,
Yerdə yanıb, göydə sönər ulduzum
Bu yer, məni məhvərindən qaçırdar…
Ulduz gözlüm, keçsə məndən ürəyin,
Bir gün məni yerdə gəzəsi olsan,
Gecə göydən Allah məni pıçıldar…
7 may 2020
Bakı şəhəri
O gecə…qazi asdı özünü…
Müharibələrin ən sakiti,
Ən səssizi oldu o gecə…
O gecə… qazi,
Üç medal, üç rayon
Canına qəsd elədi…
…Qazinin başı…
Kəmərindən asılı…
Medalları…köynəyindən…
Üç medal…üç rayon…
Cəbrayıl…Xocavənd…Füzuli…
O gecə… qazi…
O gecə…
Qarabağ intihar elədi…
22.11.2022-20.01.2023
(İki günlük sərt karantin rejimi dövründə baş vermiş real hadisələrə həsr olunmuş hekayə)
Çörək…Yer ehsanı, göy ehsanı…yerdə insan süfrəsinin, göydə quş dimdiyinin qisməti…çörək…Qurandan qabaq gələn çörək…Süfrəmizin Quranı, çörək…Allah çörəyi ayaqlarımızın altında tapdaladmasın…Allah süfrəmizin Quranını sındırmasın…Allah çörəyi bizə xor görməsin…Allah çörəyi bizə çox görməsin…
İki çörək davası gördüm…Biri heyvan, biri insan davası…
Read more