Olmur

Dövran dəyişməyib, adam yeknəsəq,

Xeyri də, şəri də bir-birə bənzər,

İçində insanın udan adamlar

İçində, əzizim, yaşamaq olmur…

Halalın haramca qiyməti yoxdur,

Halalca zəhmətin haram əllərin,

Haram zadələrin, haram bəylərin,

Haram gədələrin zövcələrinin,

Harama qarışmış ətəklərində,

Ağ biləklərində, göbəklərində,

Gömgöy gözlərində, qızıl telində,

Halal zəhmətini haram ətlərin,

İçində, əzizim, daşımaq olmur!…

Torpaq nacinslərdən, doyubdur, toxdur…

Nacins təki ömür sürməyə nə var?

Kef ala buludda, əhvalı şuxdur…

Ləyaqət köçəri, şərəf köçəri,

Nəcabət, heysiyyət çoxdan öləli,

Qeyrətin qəhbəcə qiyməti yoxdur…

Bax, belə qəhbəcə yaşamaq olmur…

“Gəl yaşa!”deyirlər, “Gəl, kişi kimi!”

“Ömür sür yer ilə göy arasında.

Mərdlik? Dərdməndlik? Nə məna şeydir?

De, tapaq dünyanın biz harasında?”

Küsmüşük dünyanın o Tanrısından,

O Qoca Tanrının “Ol!” yazısından…

Oldurma, gəl, bizi, öldür, a Tanrı!

Əgər oldurursan, bəni-Adəmi,

Külliyən, külliyən, külliyən, Allah!

Gəl, mərd kimi oldur, nər kimi oldur!

As namərd başını, mərd qapısından,

Mərdin atəşinə, gəl, möhtac eylə,

Mərdlər tonqalında kül olaq, Allah!…

….Namərd sazağında üşümək olmur…

…Yaşamaq çətindir, qardaşım, çətin,

Əclaf kimsələrin cəm meydanında,

İnsan tək yaşamaq, çətindən, çətin…

Bu allahsızlığı Allah götürür…

Üzümə durmayın, vallah, götürür,

Allahın altında, bəndə götürmür…

…Sonra görürsən ki, gecə toranı,

Sübhün al danında, bu məmləkətin,

Yeddinci qatında, alaçığında,

O igid kişinin xan ocağında,

O xan ocağının igid kişisi,

Dümağ əllərini, ipə götürür…

…Toranı çəkilir, danı qabarır,

O igid kişinin evi işarır…

Bədəni ağarır, ipi ağarır…

Kişinin ətindən canı çəkilir,

Boğazı qızılı, ipi çəkili..

…Oy!…

…Can, ay KİŞİ!…

…!CAN!…

Canına daraşan kişi dərdin də,

Dümağ ipə dönür, qeybə çəkilir!…

…Qarısı oyanır yatan yerindən,

Ah-nərə qoparır, igid ərinin,

Ah-nərə qoparır, igid nərinin

Boğazı, ipinə batan yerindən…

Oğullu, nəvəli, qızlı, gəlinli,

Kişinin üstünə qarğaşa gəlir,

El əhli oyanır, “Vay!” harayına,

El əhli düzülür, tamaşa gəlir,

Aya! Kişinin meyidi kəfən görməyib!…

Ay, Kişilər!!!

…Kişinin meyidi kəfən görməyib ey!

…!KƏFƏN!,,.

…!OĞRAŞDIR!…

Dedi-qodu, qollaşa-qollaşa gəlir!…

Allah, haq qatında “Günah” desə də,

Napak bəndələri “Acizdi” derlər,

Küy fitə basarlar, “Qorxaqdı” derlər,

“Görən nə əməli var imiş bunun,

Canını kəndirə tapşırıb” derlər,

“Heç sağ-salamat da can tapşırmayıb,

Layağı bu imiş, belə imiş” derlər…

Derlər, ya deməzlər, axır cəm olub,

“Dedi”sin, “qodu”sun dil-dil gəzdirən,

Özün kişi sanan, o nakişilər

Hələ arsız-arsız, o igid, nərin,

Ala tabutunu, çiyninə alıb,

Əl üstdə kişini torpağa verlər…

Sonra da, yığışıb mağarın altda,

Dil altda gileyin, qeybətin qırıb,

“Kişilər” kişinin ehsanın yerlər…

Qardaş, sağ-salamat ölmək də olmur,

Belə oğraşların fəndi-felindən,

Gərək ölməyəsən, öldürməyəsən!

Gərək verməyəsən canının ipə!

Bu şərəfsizlərin, xoşqeyrətlərin,

Fəndinin üstünə gedəsən gərək!

Qarış verməyəsən yaşaya onlar!

Vicdanın damarın qaşıya onlar!

Tutasan abırını qara əskiyə,

Çıxmaya meydana, eşiyə onlar!

Nəslini kəsəsən nəsilsizlərin!

Anası, nənəsi o bənzərlərin,

Anası, nənəsi o göyçəklərin,

Anası, nənəsi o qəhbələrin!

Anası, nənəsi doğmaya bir də,

Tutmaya körpəsin beşiyə onlar!

Qorxalar, qorxalar yaşamağa da,

Elə qorxalar ki, elə qorxalar,

Qaraca canları möhtac da qala,

İblisi, cin təki şüşəyə onlar!

Meydan verməyəsən o alçaqlara!

O nadürüstlərə, o qancıqlara!

Biz ərən ordusu, bir olaq, Allah,

Kəsdirək başların, canların alaq…

Dünya da bu fahişə yığnağından,

Dərə ciyərini, tox nəfəs ala….

Dünya, ərənlərə, möhtacdır, möhtac!

Dünyanı verməyək o namərdlərə!

….Qeyrət kəbinliyik, bu yer üzünə,

Neynək?! Dünyanı da boşamaq olmur!…

22/08/2026-23/08/2026

Bakı şəhəri, Nərimanov rayonu