Bir yiyəsiz gecə ola
Mən də, Allah, bu gecənin
Təkcə, yiyəsiz bəndəsi.
Mən gedəm div yuxusuna.
Nə ola, Allah, nə ola?
Yuxum tapa yiyəsini…
Mən bu yiyəsiz gecədə
Bir yiyəli yuxu görəm…
Bir də görəm ki, a gözüm
Bir də görəm ki, əzizim
Yuxuma qonaq gəlmisən
Gəl, ay gecəmin yiyəsi
Yuxum qurban, gecəm qurban!
Xoş gəlmisən!
Gecəm səsindən oyana
Yuxumdan səsin boylana
Danışasan, mən eşidəm.
Gözüm, o söhbət, sözünün,
O səsinin, nəfəsinin
Yuxusundan ayılmaram
Yuxumda ölərəm elə…
24 Oktyabr 2021
Bakı şəhəri